Modern.az

Lerikli idmançılarla görüş keçirilib - FOTOLAR

Lerikli idmançılarla görüş keçirilib - FOTOLAR

Актуально

16 May 2022, 13:04

Lerik rayon İcra Hakimiyyətinin inzibati binasında Ağır atletika üzrə Azərbaycan birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib.

 

Modern.az xəbər verir ki, ağır atletika üzrə Azərbaycan birinciliyində 15 və 17 yaşadək yeniyetmə oğlanlar arasında ilk qalib Lerikli atlet Orxan İmanov olub.  Orxan yaşı 15-dək oğlanlar arasında 49 kq çəki dərəcəsində 141 kq (63+78) nəticə ilə qızıl medalın sahibi olub.

 

Tədbirdə Lerik rayon İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Hüquq mühafizə orqanları, Lerik rayon Gİİ rəisi Natiq İsaqov iştirak ediblər.

 

Lerik rayon İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin Deputatı İqbal Məmmədov çıxışlarında  idmançıları təbrik edərək bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkürünü çatdırıblar. İdmançılarımıza və məqşçi heyyətinə yeni uğurlar arzulayıblar. Respublikamızda idmana göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığlarını bildiriblər.

 

İdmançılara və məşqçi Elvin Mirzəyevə diplom və hədiyyələr təqdim olunub.

 

Sonda xatirə şəkili çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı