Modern.az

83 yaşlı macəraçı Sakit okeanı təkbaşına üzüb keçdi

83 yaşlı macəraçı Sakit okeanı təkbaşına üzüb keçdi

مورد توجه

5 İyun 2022, 10:38

83 yaşlı yapon macəraçı Kenişi Hori Sakit Okeanda təkbaşına dayanmadan səyahət edən dünyanın ən yaşlı insanı olub.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ona Yer kürəsinin ən böyük okeanını keçmək üçün iki ay lazım olub.

 

“Xəyallarınızın sadəcə xəyal olmasına imkan verməyin. Qarşınıza məqsəd qoyun və ona doğru irəliləyin. Sizi gözəl həyat gözləyir”, – Hori Yaponiyanın Şikoku adasından səyahətinin son mərhələsi olan Vakayamaya gedərkən peyk telefonu ilə bildirib.

 

Hori çəkisi 990 kq, uzunluğu 5.8 m olan “Suntory Mermaid III” yelkənli qayığı ilə martın 27-də Kaliforniyanın San-Fransisko şəhərindən yola çıxıb. O, səfərin bəzi hissələrinin çətin keçdiyini, ancaq ailəsi ilə hər gün peyk telefonu ilə əlaqə saxladığını söyləyib.

 

İyunun 4-də yerli vaxtla saat 2:39-da macəraçı Yaponiyanın qərbindəki Kii yarımadasının sahil sularına daxil olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı