Modern.az

PKK-ya növbəti zərbə: Terrorçular məhv edildi

PKK-ya növbəti zərbə: Terrorçular məhv edildi

Актуально

18 İyun 2022, 12:58

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə Kilid" antiterror əməliyyatı bölgəsində PKK yaraqlılarına zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təxribata hazırlaşan PKK terrorçularının mövqeləri müəyyən edilib. Aviazərbələr nəticəsində 9 terrorçu zərərsizləşdirilib.

 

Hazırda bölgədə əməliyyatlar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı