Modern.az

Qaydaları pozan sürücülər cəzalandırıldı

Qaydaları pozan sürücülər cəzalandırıldı

Aktual

24 İyun 2022, 19:35

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, sürücülər tərəfindən qaydalara riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər ərazisində növbəti profilaktik tədbir keçiriblər.

 

DİN-in Mətbuat Xidmətinin (DİN) Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəli manevrlər etməklə özü ilə yanaşı, digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən olunub.

 

Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 25 sürücü barəsində inzibati protokol tərtib edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı