Meksikanın şərqindəki Yukatan ştatında fermada 7 nəfərin cəsədi aşkarlanıb.
Modern.az xəbər verir ki, Yukatan əyalətinin Çikindzonot qəsəbəsindəki bir fermadan çoxlu sayda kimliyi aşkar edilməyən cəsəd tapılıb.
Səlahiyyətlilər tapılan 7 cəsədin başında güllə yarası aşkar edib. Həmin şəxslərin güllələnərək öldürüldüyü müəyyən olunub.
Prokurorluq hadisə ilə bağlı ətraflı araşdırma aparıldığını açıqlayıb.