Modern.az

Türkiyədə azərbaycanlı hərbçilərə diplomlar verildi - FOTO

Türkiyədə azərbaycanlı hərbçilərə diplomlar verildi - FOTO

Aktual

1 İyul 2022, 21:08

İstanbulda Türkiyənin Milli Müdafiə Universitetinin növbəti buraxılışına həsr olunan mərasim keçirilib. Ümumilikdə 14 ölkəni təmsil edən 77 hərbi qulluqçu məzun adını qazanıb.

 

Modern.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, milli müdafiə naziri Hulusi Akar və qoşun komandanlarının müşayiəti ilə keçirilmiş buraxılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan nitq söyləyib. Məzunları ən səmimi sözlərlə təbrik edən dövlət başçısı onlara ən xoş arzularını çatdırıb, hərbi xidmətlərində müvəffəqiyyətlər diləyib.

 

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə Müştərək Qərargahların idarə edilməsi və Qərargah zabitinin hazırlığı üzrə kursları müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun 34 hərbi qulluqçusuna diplomlar təqdim edilib.

 

Diplomlarını alan zabitlərimizə Azərbaycan Ordusu Komandanlığının təbriklərini çatdıran Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov onlara Azərbaycan Ordusunun müdafiə qüdrətinin inkişafı naminə gələcək şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı