Modern.az

Şahmat yığmamız Slovakiyaya qalib GƏLDİ

Şahmat yığmamız Slovakiyaya qalib GƏLDİ

Aktual

3 Avqust 2022, 18:12

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, VI turda Slovakiya seçməsi ilə qarşılaşan yığma inamlı qələbə qazanıb - 3:1.

 

Şəhriyar Məmməmdyarov, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərinə qalib gəlib. Vasif Durarbəyli isə öz görüşünü məğlubiyyətlə başa vurub.

 

Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma ardınca Kubaya uduzub

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı