Modern.az

Milli Arxiv İdarəsinin sabiq rəisi vəfat etdi

Milli Arxiv İdarəsinin sabiq rəisi vəfat etdi

Aktual

4 Avqust 2022, 10:32

Milli Arxiv İdarəsinin sabiq rəisi, tarix elmlər doktoru Ataxan Paşayev vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib.

 

1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olub. “Şöhrət” ordeni ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı