Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistan İslam Respublikasını Milli Günü münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, XİN-in tviter hesabında yerləşdirilən paylaşımda deyilir:
"Qardaş Pakistan İslam Respublikasına Milli Günü münasibətilə ürəkdən uğurlar və firavanlıq arzulayırıq, bu əlamətdar gün münasibətilə səmimi təbriklərimizi bildiririk".