Modern.az

Polisdən təşvişə düşən ermənilərə MÜRACİƏT

Polisdən təşvişə düşən ermənilərə MÜRACİƏT

Актуально

13 Sentyabr 2022, 04:56

Sərhəddəki hərbi qarşıdurmadan sonra Ermənistan polisi gücləndirilmiş iş rejiminə keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

“İctimai asayişin və təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Biz ictimaiyyəti panikaya düşməməyə çağırırıq”, - deyə Ermənistan polisinin sosial şəbəkə səhifəsindən vətəndaşlara müraciət edilib.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Sərhəddə baş vermiş toqquşmalardan sonra Ermənistan vətəndaşları arasında panika hökm sürür. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı