Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.
Modern.az xəbər verir ki, XİN başçısı bu barədə tviter hesabında yazıb.
“Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində meydana gələn qarşıdurmalarda həyatını itirən Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”, - XİN başçısı qeyd edib.