Modern.az

Ohanyan Ermənistanda hərbi səfərbərliyə çağırdı

Ohanyan Ermənistanda hərbi səfərbərliyə çağırdı

Aktual

14 Sentyabr 2022, 16:32

"Mənim şəxsi fikrim budur ki, Ermənistanda hərbi vəziyyət tətbiq olunmalı, birinci sıranı doldurmaq və orduya dəstək vermək üçün səfərbərlik aparılmalıdır".

Modern.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.


O, hakimiyyəti ölkə naminə addım atmağa səsləyib.

“Çünki sərhədlərdə gərginlik görürük. Əgər ölkədə müharibə gedirsə, gərginlik dalğası bərabər paylanmalıdır… Qurbanlarımız, yaralılarımız var”.

Ohanyan əhalini sakitləşməyə və rəsmi məlumatlara əməl etməyə çağırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı