Modern.az

Plastik cərraha müraciət edənlərin çoxunun psixikası yerində deyil - RƏSMİ

Plastik cərraha müraciət edənlərin çoxunun psixikası yerində deyil - RƏSMİ

Current

10 Oktyabr 2022, 11:02

Son zamanlar ən çox rast gəlinən psixi pozuntulardan biri depressiyadır. Depressiyanın əsas əlamətləri daxili sıxıntı, narahatçılıq, bədbinlik, ümidsizlik, əhval-ruhiyyənin enməsi, həyatdan həzz alma qabiliyyətinin azalması və ya itirilməsidir (anhedoniya). Depressiya zamanı adətən bu simptomlar da mövcuddur - konsentrasiyanın pozulması, yorğunluq və ya enerji çatışmazlığı, yuxu və iştahanın pozulması. İstər əsas xəstəlik kimi, istərsə də istənilən psixi pozuntu ilə müştərək şəkildə depressiya geniş yayılıb.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Aydan Cabbarova bildirib.

 

A.Cabbarovanın sözlərinə görə, tez-tez müşahidə edilən psixi pozuntulardan biri də bədən dismorfik pozuntudur:

 

“Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar. Bu səbəbdən də ilkin olaraq belə şəxslər plastik cərrah və kosmetoloqlara müraciət edirlər. Lakin əsas xəstəlik psixi pozuntu olaraq qalır və xüsusi müalicə tələb edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı