Modern.az

“Qərbi Azərbaycan İcması”na mətbuat katibi təyin edildi

“Qərbi Azərbaycan İcması”na mətbuat katibi təyin edildi

Güncel

11 Oktyabr 2022, 09:36

Jurnalist Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi təyin edilib.

 

Bu barədə Modern.az-a İcmadan məlumat verilib.

 

Ü.Zülfiqar 2006-cı ildən 2021-ci ilədək “ATV Xəbər”də siyasi müxbir kimi fəaliyyət göstərib, analitik süjetlərin müəllifi olub. Azərbaycanda keçirilən iri həcmli idman yarışları zamanı ingilisdilli aparıcı kimi fəaliyyət göstərib.

 

2020-ci ildən etibarən ingilis dilli News.az agentliyinin baş redaktoru olaraq fəaliyyət göstərib.

 

2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” ictimai birliyinin ümumi yığıncağı zamanı səsvermə nəticəsində birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı