Modern.az

"Gizlənirik ki, görünməyək" - Hadı Rəcəbli 

مورد توجه

13 Oktyabr 2022, 14:48

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. Vida mərasimində keçmiş deputatlar Hadı Rəcəbli və Hüseynbala Mirələmov da iştirak edib. Uzun müddət sonra görünən Hadı Rəcəblinin kəskin şəkildə arıqlaması diqqət çəkib.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a danışan H. Rəcəbli arıqlamasının səbəbini açıqlayıb:

 

"İdman edirəm, özümü qoruyuram. Bəziləri yazır ki, guya, xəstəliyə tutulmuşam. Heç bir xəstəliyim yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə, çalışıram ki, arıqlayım. Gizlənirik, çalışırıq ki, görünməyək. Görünəndə də belə olur", - deyə sabiq deputat qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı