Modern.az

Ukraynanın 2 təyyarəsi qəzaya uğradı

Ukraynanın 2 təyyarəsi qəzaya uğradı

مورد توجه

13 Oktyabr 2022, 15:24

Poltava vilayətində Ukraynanın iki təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Dmitri Lunin bildirib. 

 

Onun sözlərinə görə, təyyarələr 11 və 12 oktyabr tarixlərində qəzaya düşüblər.

 

"Təəssüf ki, çərşənbə axşamı və çərşənbə günü təyyarə qəzaları olub. Bu, məhz Şişatsk icmasında baş verib. Müdafiə Nazirliyindən məlumat gözləyirik, məlumat alanda nə olduğunu başa düşəcəyik", - o bildirib.

 

Lunin həlak olan hərbçilər haqqında məlumat verməsə də, hadisədə mülki vətəndaşlardan ölən və xəsarət alanın olmadığını qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı