Modern.az

Rusiyada koronavirus testi ləğv edilir

Rusiyada koronavirus testi ləğv edilir

Актуально

21 Oktyabr 2022, 08:37

Rusiyada xaricdən gələnlər üçün koronavirus testi ləğv edilir.

 

Modern.az xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) göstərişi ilə oktyabrın 21-dən ölkəyə gələn əcnəbilər koronavirus testi verməyə bilərlər.

 

Rusiya ərazisinə gələn əcnəbilərin təqdim olunan anketi doldurması kifayətdir.

 

Koronavirusdan peyvənd olunmamış rusiyalılar üçün COVID-19 testi ləğv edilib. İndiyədək COVID-19 pasportu olmayan rusiyalılar vətənə qayıtdıqdan sonra 3 gün ərzində test verməli olurdular.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı