Modern.az

“Barselona” rəqibini darmadağın etdi

“Barselona” rəqibini darmadağın etdi

Current

24 Oktyabr 2022, 08:49

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, Kataloniya təmsilçisi “Kamp Nou” stadionunda keçirilən görüşdə "Atletik Bilbao"nu 4:0 hesabı ilə məğlub edib.

 

“Barselona”nın heyətində Osman Dembele 12-ci, Serxi Roberto 18-ci, Robert Levandovski 22-ci, Ferran Torres isə 73-cü dəqiqələrdə fərqləniblər.

 

Bu nəticədən sonra xalını 28-ə çatdıran “Barselona” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 31 xalla "Real Madrid" başçılıq edir. "Atletiko Madrid" isə 23 xalla 3-cüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı