Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Ceyms Klever ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, ikitərəfli əlaqələr və İstanbulda imzalanan taxıl sazişi barədə fikir mübadiləsi aparılıb.