Ukraynanın müharibə itkiləri Rusiyanın itkilərindən çoxdur.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında bildirib.
Putinin sözlərinə görə, Rusiya ilə müqayisədə Ukraynanın itkiləri 7-10 dəfə çoxdur.
“Kiyev hakimiyyəti öz vətəndaşlarına aman vermir. Onlar Rusiyaya qarşı son ukraynalıya qədər mübarizə aparır”,- deyə Rusiya lideri vurğulayıb.