Modern.az

NATO genişqiyaslı hərbi təlimə başladı

NATO genişqiyaslı hərbi təlimə başladı

Актуально

31 Oktyabr 2022, 16:23

Niderlanda NATO-nun "Falcon Autumn" adlı irimiqyaslı hərbi təlimi başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Növbəti üç həftə ərzində Almaniya, Niderland, Polşa və ABŞ-dan olan əsgərlər genişmiqyaslı hava əməliyyatlarına hazırlaşacaqlar. Ümumilikdə təlimlərdə 37 helikopter və 1000-dən çox hərbçi iştirak edir", - deyə nazirlik bildirib.

 

Qeyd olunub ki, helikopterlər noyabrın 18-dək (bazar günü istisna olmaqla) Drente, Frisland, Qroningen, Gelderland, Limburq və Cənubi Hollandiya əyalətlərinin müxtəlif məntəqələri üzərində uçuşlar həyata keçirəcək.

 

Təlimlər zamanı müxtəlif ssenarilərin hazırlanması zamanı quru qoşunları təlim sursatı və tüstü bombalarından istifadə edəcək. Həmçinin təlimlərdə NATO ərazisini qorumaq üçün tez bir zamanda yerləşdirmə, yerdəyişmə və hərbi düşərgə qurmaq bacarıqları işlənəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı