Modern.az

Gənclər deputatı soğru-suala tutub - FOTO

Gənclər deputatı soğru-suala tutub - FOTO

Актуально

30 İyun 2013, 14:16

Millət vəkili Hadi Rəcəbli Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Azərbaycan Doğma Diyarımdır” gənclər üçün vətənpərvərlik yay istirahət düşərgəsinin iştirakçıları ilə görüşüb.

Gənclər qarşısında çıxış edən millət vəkili düşərgə iştirakçılarına dövlətin gənclər siyasətinin istiqamətləri, sosial sahədə görülən işlər barədə məlumat verib və onların suallarını cavablandırıb. İştirakçılardan Rəhim Kərimlinin xaricdə təhsillə bağlı sualına cavab olaraq Hadi Rəcəbli bildirib ki, Azərbaycanda xaricdə təhsillə bağlı çox işlər görülüb və dövlət proqramına uyğun olaraq hər il müəyyən sayda gənc təhsil almaq üçün xaricə göndərilir. Deputat qeyd edib ki, artıq xarici ölkələrdən də təhsil almaq üçün Azərbaycana gəlirlər. Digər iştirakçı Ağadədə Cəfərlinin gənclərin asudə vaxtlarının təşkil ilə əlaqədər sualına münasibət bildirən millət vəkili bununla bağlı dövət tərəfindən bir çox layihələr həyata keçirildiyini nəzərə çatdırıb.

H.Rəcəbli gənclərə liderlik, gənclərin tərbiyəsi, sosial sahədə həyata keçirilən işlərlə bağlı məlumat verib.

 

 

 

 

 

 

 

 

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı