Modern.az

Morninqstar 250 məzuna ziyafət verdi

Morninqstar  250 məzuna ziyafət verdi

Актуально

3 İyul 2013, 07:15

ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar ABŞ hökumətinin mübadilə proqramlarında iştirak edənlərin şərəfinə keçirilən qəbul mərasiminə ev sahibliyi ediB. Hər il məzunlar üçün təşkil olunan bu tədbirdə 250 nəfər qonaq, o cümlədən FLEX, UGRAD və Fulbrayt proqramlarının finalçıları, eləcə də müxtəlif ABŞ mübadilə proqramlarından bu yaxınlarda qayıtmış məzunlar iştirak ediBlər. Bu iştirakçılar ABŞ-da təhsil almış və bu gün Azərbaycanda çalışan 5,000-dən çox məzun qrupunu təmsil edirlər.

Finalçıların yüzlərlə və minlərlə ərizəçilər arasından seçildiyini qeyd edən Səfir Morninqstar bildirdi ki, onlar “Azərbaycan cəmiyyətinin ən parlaq və ziyalı nümayəndələrinin bir hissəsini təşkil edirlər”.

Qəbul mərasimi zamanı Səfir Morninqstar Fulbrayt proqramında iştirak edən tələbələrə və təqaüdçülərə, eləcə də Məzunlar üçün Kiçik Qrant proqramının qaliblərinə ABŞ Dövlət Departamentinin proqramı müvəffəqiyyətlə bitirmə sertifikatlarını təqdim etdi. O, kiçik qrant proqramının qaliblərinə öz şəxsi və vəzifə öhdəliklərindən əlavə vaxt tapıb könüllü şəkildə Azərbaycan cəmiyyətinə yardım etdiklərinə görə təşəkkür etdi. Qəbul mərasimi sonda ölkəmizdə səfərdə olan Amerika rok qrupu “Filligar”ın canlı ifası ilə başa çatdı. Bu musiqi qrupunun üzvləri ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri adlı proqramının himayəsi altında Azərbaycanda səfərdədirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı