Modern.az

Müharibənin ilk günü azad edilən ərazilər - SİYAHI

Müharibənin ilk günü azad edilən ərazilər - SİYAHI

Aktual

27 Sentyabr 2023, 00:44

Bu gün Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür.

 

Modern.az xatırladır ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı yaşayış məntəqəsi azad edilib.

 

Azərbaycan Ordusu üç istiqamətdə - Füzuli, Cəbrayıl və Kəlbəcər - müharibənin ilk uğurunu qazanıb.

 

Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizlənib.

 

Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub.

 

Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı