Modern.az

İqbal Ağazadənin heç bir mülkü yoxdur - MSK-ya verilən arayış

İqbal Ağazadənin heç bir mülkü yoxdur - MSK-ya verilən arayış

Актуально

11 Sentyabr 2013, 16:50

Prezidentliyə namizədliyi ikinci olaraq qeydə alınmış Ümid Partiyasının sədri İqbal Ağazadənin MSK-ya təqdim etdiyi sənəddə heç bir əmlaka sahib olmadığı göstərilib. Bunu Modern.az-a İ.Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev açıqlayıb.

“İqbal Ağazadənin əmlakla bağlı MSK-ya təqdim etdiyi arayışda göstərilir ki, onun adına rəsmən heç bir əmlak yoxdur”, – deyə partiya funksioneri qeyd edib.

Taleh Əliyevin sözlərinə görə, İqbal Ağazadənin illik gəlirləri yalnız Milli Məclis deputatı kimi aldığı məvacibdən və mükafatlardan ibarətdir.  

Vüqar İsmayılov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı