Modern.az

Qənirə Paşayeva Əli Həsənovdan kömək istəyəcək

Qənirə Paşayeva Əli Həsənovdan kömək istəyəcək

Aktual

16 Yanvar 2014, 14:25


“Xocalıda hər iki valideynini itirmiş 25 nəfərin problemi ilə bağlı mən və bir sıra millət vəkili keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla da görüşmüşdük. Səlim Müslümov nazir təyin olunduqdan sonra onunla da bu mövzuda danışdım. Ondan həmin uşaqları qəbul etməsini xahiş etdim. Onların problemlərinin dinlənilib, həll edilməsinə köməklik edilməsi lazım olduğunu vurğuladım. Nazirin o gənclərlə görüşməsi, bir sıra problemlərin həllinə söz verməsi çox müsbət addımdır”.

Bunu Modern.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. “Hansısa problemin həlli Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daxilindədirsə, özüm də bir millət vəkili olaraq ora müraciət edəcəyəm. Bu məsələni onun da diqqətinə çatdıracağam. Əgər problemlərin bir hissəsi “Dövlətqaçqınkom”un səlahiyyətlərinə aiddirsə, mənə elə gəlir ki, komitə sədri Əli Həsənov, yəqin ki, bu məsələyə laqeyd qalmaz. Elə bu gün “Dövlərqaçqınkom”a müraciət edib uşaqlarla görüşmələrini və onları dinləmələri xahiş edəcəyəm”, – deyə Q. Paşayeva əlavə edib.

Millət vəkili bildirib ki, bu, çox önəmli məsələdir. Xocalıda hər iki valideynini itirmiş 25 nəfərin problemlərinin həllinda daha çox diqqət cəlb olunmasına ehtiyac var.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı