Modern.az

Nelson Mandelanın nəvəsi, Əlahəzrət Şahzadə Modern.az-a DANIŞDI

Nelson Mandelanın nəvəsi, Əlahəzrət Şahzadə Modern.az-a DANIŞDI

Aktual

23 May 2015, 13:04


Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandelanın nəvəsi, Əlahəzrət Şahzadə Celenhle Dlamini Bakıya gəlib. Celenhle Dlamini Azərbaycan paytaxtında bir sıra görüşlər keçirib.

Modern.az saytı xəbər verir ki, xanım Celenhle Dlamini Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlı və Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun tam hüquqlu üzvü Şahin Nəbiyev ilə də görüşüb. 

Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq fondu (QDXDBF) 4 mart 2009-cu ildə Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskun təşəbbüsü iləyaradılıb.

Regionda unikal olan bu təşkilatın İdarə Heyətinin üzvləri 20 ölkədən olan tanınmış nümayəndəlikərdir. Buraya Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Rumıniya, San Tome və Prinsipi, Serbiya, Türkiyə, Ukrayna, Xorvatiya, Monteneqro, İsveçrə və Cənubi Afrikadan olan siyasətçilər, diplomatlar və alimlər daxildi

Görüşdə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Celenhle Dlamini bundan sonra tez-tez ölkəmizə səfər edəcəyini də vurğulayıb.

“Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkənizdə olmaqdan çox məmnunam. Azərbaycan xalqı çox qonaqpərvər və sevimlidir. Mən bundan sonra da Azərbaycana ziyarətə gələcəm. Ölkənizdə hər şey çox yüksək səviyyədədir.  Bakını dünyanın ən qabaqcıl ölkələri ilə müqayisə edə bilərəm”,- deyə Celenhle Dlamini bildirib.
Qeyd edək ki, Celenhle Dlamini Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun təşkilatçılığı ilə Azərbaycandadır.

 

Modern.az

 

 

 

 


 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı