Modern.az

Putinlə Olland İŞİD-ə qarşı birləşir

Putinlə Olland İŞİD-ə qarşı birləşir

Актуально

17 Noyabr 2015, 19:45

"İslam dövləti" (İŞİD) terror təşkilatının Rusiya təyyarəsini partlatması və Parisdə terror aktı törətməsi rəsmi Moskva ilə Fransanı bir-birinə yaxınlaşdırıb.

Belə ki, Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışığında terrorçuluğa qarşı mübarizə haqqında fikir mübadiləsi aparıb. 

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan danışıqda liderlər Misir səmasında Rusiyaya məxsus sərnişin təyyarəsinin terror aktı nəticəsində partladılmasını müzakirə ediblər.

Bununla yanaşı, prezidentlər Parisdə baş verən terror aktına diqqət çəkiblər və bildiriblər ki, Rusiya ilə Fransa arasında beynəlxalq terrorizmə qarşı çoxtərəfli əməkdaşlıq genişləndirilməlidir.  

Dövlət başçıları iki ölkənin xüsusi xidmət orqanları və hərbi dairələrinin terror strukturlarına qarşı fəaliyyətinin koordinasiya olunmasını təmin etməyin vacibliyini vurğulayıblar.  

Qeyd edək ki, 26 noyabrda Moskvada tərəflər arasında  terrorizmlə mübarizə və başqa aktual mövzular barədə dialoqun davam etdirilməsi nəzərdə tutulur.  

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus A321 sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi terror aktıdır.  

Prezident Vladimir Putin terror aktının təşkilatçılarını tapacaqlarını və onları məhv edəcəklərini bəyan edib.

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı