Modern.az

Kerri danışıqlar üçün Rusiyaya gəlib

Kerri danışıqlar üçün Rusiyaya gəlib

Мир

14 İyul 2016, 21:44

ABŞ dövlət katibi Con Kerri Rusiyaya səfər edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət Departamentinin rəhbərini qəbul edəcək.

Kremldə bildirilib ki, tərəflər Suriya, Ukrayna və ikitərəfli münasibətləri müzakirə edəcəklər. Ertəsi gün Lavrov və Kerri arasında təkbətək danışıqlar keçiriləcək.

Amerika mətbuatının məlumatına görə, dövlət katibi Suriya üzrə bir sıra təşəbbüslər, xüsusən terrorizmlə mübarizənin əlaqələndirilməsi təklifi ilə Moskvaya gəlib.

Bu, Kerrinin 2015-ci ilin may ayından Rusiyaya Kerri dördüncü səfəridir. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı