Modern.az

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

کشور

22 İyun 2010, 11:23

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

TQDK-dan verilən məlumata görə, imtahan binalarına buraxılış rejimində bakalavrların imtahan sənədləri xüsusi kompüter proqramları və skaner qurğuları vasitəsilə yoxlanılıb.

İmtahanda iştirak etmək hüququna 6616 bakalavr malik idi. Onlardan 72 nəfəri imtahana gəlməyib. Buraxılış rejimində bakalavrlardan 2 nəfərinin imtahan binasına köməkçi vasitələr keçirməsi aşkarlanıb, onların barəsində akt tərtib olunmuş və imtahana buraxılmayıb.

Nəticələr bu gün TQDK-nın internet saytında yerləşdirilib.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı