Modern.az

Mərkəzi Bank 30 milyon ABŞ dolları aldı - HƏRRACDA

Mərkəzi Bank 30 milyon ABŞ dolları aldı - HƏRRACDA

Образование

26 Aprel 2016, 15:23

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. ARDNF-dən Modern.az saytına verilən məlumata görə, bu vəsaitdən 4,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb:

Vəsaitin bir qismi 5 banka və 30 milyon ABŞ dolları isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb. 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

****

Mərkəzi Bank Neft Fondu tərəfindən keçirilən növbəti valyuta hərracında 30 milyon ABŞ dolları almasına aydınlıq gətirib.

Mərkəzi Bankın mətbuat xidmətidən Modern.az saytına verilən məlumata görə, keçirilən növbəti valyuta hərracında təklif tələbi üstələyib:

“Təklifin tələbi əhəmiyyətli üstələməsini (50,0 mln. ABŞ dolları təklifinə qarşı tələb 4,9 mln. ABŞ dolları) və bu nisbətin son hərraclarda davamlı olmasını nəzərə alaraq Mərkəzi Bank təklifin bir hissəsini (30 mln. ABŞ dolları) alıb”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı