Modern.az

Temperaturun aşağı düşməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq

Temperaturun aşağı düşməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq

تحصیلات

6 Mart 2014, 13:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 07-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir havanın yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. 
Havanın temperaturunun gecə 5-8, günün birinci yarısında 10-14, axşama doğru 5 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 07-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə və gündüz 3-6 dərəcə isti olacaq, axşam 0 dərəcəyə enəcək.

Martın 07-08-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaq.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı