Modern.az

Azərbaycan məscidlərində Türkiyədəki faciə qurbanlarının ruhuna dualar oxunacaq

Azərbaycan məscidlərində Türkiyədəki faciə qurbanlarının ruhuna dualar oxunacaq

Образование

15 May 2014, 14:30



Mayın 16-da Azərbaycan məscidlərində Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində həlak olmuş insanların ruhuna dualar oxunacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a bildirib ki, Azərbaycan məscidlərində hadisə ilə bağlı xütbə və moizələr oxunacaq.

Məscidlərdə insanlar baş vermiş faciə ilə bağlı ətraflı məlumatlandırılmaqla yanaşı, həlak olanların ruhuna dualar oxuyacaq, onlara Allahdan rəhmət diləyəcəklər.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı