Modern.az

Sərdar Cəlaloğlu: “Səfir Morninqstarın açıqlamasında hay-küyə səbəb olacaq heç bir şey yoxdur”

Sərdar Cəlaloğlu: “Səfir Morninqstarın açıqlamasında hay-küyə səbəb olacaq heç bir şey yoxdur”

Education

19 May 2014, 16:38


“ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsində heç bir hədə tonu yoxdur. Səfirin açıqlaması boş yerə qalmaqal yaratdı. Bu qalmaqal dövlətçilik təfəkkürü olmayan, hadisələrə dözümsüz yanaşan, insan hüquq və azadlıqlarına hörmət etməyən insanların qaldırdığı hay-küydür”.

Bunu Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu ABŞ səfiri Riçard  Morninqstarın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, diplomatın Azərbaycanın Rusiya ilə yaxınlaşmasından ABŞ-ın narahat olmasını dilə gətirməsində təəccüblü heç nə yoxdur:  “Burada hay-küyə səbəb olacaq heç bir şey yoxdur. Onun Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı dedikləri də düzdür. BMT-yə üzv olan dövlətlərin hər biri insan hüquq və azadlıqları ilə bağlı qətnaməyə hörmət etməlidir. İnsan hüquq və azadlıqları beynəlxalq hüququn subyektidir. Onun daxili siyasətə dəxli yoxdur”.

ADP lideri hesab edir ki, hüquq və azadlıqların bərpası məsələsi  beynəlxalq səviyyədə həyata keçirilir. “Azərbaycan reallıqlarının onun dediklərindən də çox açıq və çılpaq şəkildə şahidi oluruq. Səfir Azərbaycanda vəziyyətin düzəlməsi üçün təkliflər verib və bu zaman tənqidlər də səsləndirib. Burada qeyri-adi bir şey yoxdur”.  

Qeyd edək ki, R. Morninqstar “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan hakimiyyətini monolit olmamaqda ittiham edib. O, Ukraynadakı Maydan hərəkatının Azərbaycanda təkrarlana biləcəyinə eyham vurub.  

Onun bu açıqlamaları Azərbaycan rəsmi dairələrində tənqid olunub.  

 Aqşin Kərimov   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı