Modern.az

Daxili İşlər Nazirliyi Qobustandakı faciə ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Qobustandakı faciə ilə bağlı məlumat yayıb

Образование

24 May 2014, 15:33


Daxili İşlər Nazirliyi azyaşlı qızın ölümü ilə bağlı nəticələnmiş hadisə barədə məlumat yayıb. Məlimatda bildirilir ki, mayın 23-də saat 13 radələrində Qobustan rayonu Çalov kəndinin ərazisində yerləşən “Qobuland” istirahət mərkəzində Bakı şəhər sakini Aytən Əzizova idarə etdiyi qolf oyunu üçün nəzərdə tutulmuş avtomobili aşırıb.

Hadisə vaxtı A.Əzizovanın yanında olan orta məktəb şagirdləri, 10 yaşlı Dəniz Qorçu hadisə yerində ölüb, özü və  11 yaşlı Ayla Hacızadə, 10 yaşlı Dinara Mustafayeva xəsarət alıblar. Onları xəstəxanaya yerləşdiriblər.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

Həyatını itirmiş Dəniz Qorçu Bakı Oksford Məktəbinin şagirdi idi. O, tanınmış rejissor, Azərbaycanda ilk və yeganə özəl marionet teatrının təsisçisi Tərlan Qorçunun qızıdır.
Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı