“Hadisə baş verən andan komitə sədrinin müavini, şöbə müdirləri Xırdalandadır”. Bunu Modern.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Xırdalan şəhərində köçkünlərin məskunlaşdığı binanın partlayışdan uçması haqda danışarkən deyib. Onun sözlərinə görə, həmin binada nə qədər köçkünün məskunlaşdığı barədə məlumat yaxın vaxtlarda veriləcək.
Xatırladaq ki, bu gün Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilas edilən 9 nəfər xəstəxanaya yerləşdirilib.
3 nəfərin axtarışı davam etdirilir...
Məltəm Talıbzadə