Modern.az

Ermənilər Xankəndində təqsiri öldürdükləri Həsən Həsənovun üstünə atdılar

Ermənilər Xankəndində təqsiri öldürdükləri Həsən Həsənovun üstünə atdılar

تحصیلات

3 Noyabr 2014, 15:21

Dağlıq Qarabağ separatçıları Xankəndində kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qurulan “məhkəmə işi”ni davam etdirir. Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, növbəti “prosesdə” erməni yeniyetmə Smbat Çakanyanın ölümünə görə Kəlbəcərdə qətlə yetirilən soydaşımız Həsən Həsənov günahlandırılıb.
Hakim Anatoli Tadevosyanın sədrlik etdiyi  “prosesdə” Dilqəm Əsgərov və Şahbaz Quliyev həbs olunan zaman onların üzərindən aşkar olunan videokameranın da Həsən Həsənova məxsus olduğu, çəkilişləri isə Əsgərovun apardığı vurğulanıb. O da bildirilib ki, guya, Həsən Həsənovun üzərində ərazinin xəritəsi olub.
Qeyd edək ki, əslən Cəbrayıldan olan Həsən Həsənov Kəlbəcərə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə gedib. Ermənilər onu qətlə yetirəndən sonra meyitini Azərbaycana geri veriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı