Modern.az

2 kənd İŞİD-dən azad olunub

2 kənd İŞİD-dən azad olunub

Образование

24 Dekabr 2014, 11:49


İraqın Səlahəddin şəhərində  İŞİD-ə qarşı təşkil olunan əməliyyatda 2 kənd terrorçulardan geri alınıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu baradə Səlahəddinnin məclis başçısı Əhməd Əl-Kərim  məlumat  yayıb. Onun sözlərinə görə,  bu əməliyyatlarda  30 İŞİD yaraqlısı öldürülüb.  

Qeyd edək ki,  İraqın ən böyük neneftayırma zavodunun yerləşdiyi Bəyçi  şəhərində, İŞİD-in  nəzarətində olan “Əl Fəttah”  məscidi ətrafında irəliləyən hərbçilər  tələyə düşüb.

İŞİD  tərəfdarlarının  yaydığı fotolarda  təhlükəsizlik qüvvələrindən 10 nəfərin öldürüldüyü  əks olunub.  

Məltəm TALIBZADƏ  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı