O, Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirib.
Canfranko Ravazi ölkəmizdəki tolerantlığın və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfənin Müqəddəs Taxt-Tac tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Vatikan ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.
Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə bağlı bir sıra layihələrdə iştirakının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri var. Azərbaycanın birinci xanımı ölkəmizin bundan sonra da bu cür layihələrin icrasında iştirak etməyə sadiq qalacağını deyib.
Mehriban Əliyeva Canfranko Ravazini bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət edib.


Modern.az