Modern.az

Hacı Madərin Zahid Oruca VƏDİ: “Yenidən deputat seçilsək, 5 illik çıxış hüququmu sənə verəcəm”

Hacı Madərin Zahid Oruca VƏDİ: “Yenidən deputat seçilsək, 5 illik çıxış hüququmu sənə verəcəm”

تحصیلات

17 Mart 2015, 13:36

Bu gün Milli Məclisdə hökumətin hesabatına deputatlar münasibət bildirərkən maraqlı anlar yaşanıb. Modern.az xəbər verir ki¸ deputat Zahid Oruc çıxışlar üçün ayrılan 5 dəqiqəlik vaxtdan daha 5 dəqiqə artıq danışmaq istədiyini bildirib.

O, hətta bu məqsədlə Həcdə olan həmkarının çıxış vaxtını da ona verdiyini qeyd edib. Deputat əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq.

Spiker Oqtay Əsədovun isə buna cavabı gecikməyib: “Siz nə vaxtdan Hacı olmusunuz? Sizə kim vaxtını verib?”

Spikerin bu suallarını Zahid Oruc belə cavablandırıb: “Deputat həmkarım Hacı Madər dedi ki, inşallah, növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəyəm”.

Oqtay Əsədov “Elə buna görə də əlavə vaxt vermirəm”, - deyərək deputata cavab verib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı