Modern.az

57 min müəllim MİQ imtahanlarına dəvət alıb

57 min müəllim MİQ imtahanlarına dəvət alıb

Təhsil

10 İyul 2023, 15:10

Bu il müəllimlərin işə qəbulu üzrə (MİQ) elektron müraciətlərin sayı 60 mini keçib.


Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

 

Onun sözlərinə görə, MİQ-in keçirildiyi ilk illərdə 10 min nəfər müraciət etmişdisə, son illərdə bu say 60 minə çatıb. 57 minə yaxın müəllim imtahanlara dəvət alıb:

 

"Müsabiqəyə maraq artıb. Elektron müraciətlərin sayı 60 mindən çox olub. Bu göstəricilər əslində islahatların nəticəsidir".

 

Nurlan İsmayılbəyli qeyd edib ki, bu il birinci qrup üzrə ən çox seçilən peşə riyaziyyat, üçüncü qrupda isə tarix muəllimliyi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi