Modern.az

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Current

10 İyun 2016, 12:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah - iyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 11-16, yüksək dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz - Iyunun 12-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı