Modern.az

Braziliya prezidenti inad edir: “İstefa verməyəcəm!”

Braziliya prezidenti inad edir: “İstefa verməyəcəm!”

Aktual

9 İyul 2016, 10:07

Braziliya Senatı tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırılan Prezident Dilma Russef istefa verməyəcəyini bəyan edib.

Modern.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Dilma Russef deyib: “Məndən xahiş etdilər, məni razı salmaq istədilər, hətta mənə təzyiq göstərdilər ki, könüllü olaraq vəzifəmdən istefa verim. Amma mən bunu heç vaxt etməyəcəyəm, çünki mənə 54 milyon insan səs verib”.

Mayın 12-də Senat Dilma Russef impiçment qaydasında müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb, onun səlahiyyətlərini isə vitse-prezident Mişel Temer yerinə yetirir. Senatorlar 180 gün ərzində impiçment təşəbbüskarlarının Prezidentlə bağlı ittihamlarını araşdıracaq. Əgər yekun səsvermədə Senatın üzvləri bu ittihamlarla razılaşarlarsa Dilma Dussef istefaya göndəriləcək, Mişel Temer isə 2018-ci ildə keçiriləcək seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək. Senatın üzvləri ittihamlarla razılaşmayacaqları təqdirdə isə Dilma Russef vəzifə səlahiyyətlərini yerinə yetirməyə başlayacaq. Yekun qərarın avqustun sonunda veriləcəyi gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı