Modern.az

“Sahil" metrostansiyasının yaxınlığındakı bina yanır

“Sahil" metrostansiyasının yaxınlığındakı bina yanır

Актуально

14 İyul 2016, 16:33

Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında, Üzeyir Hacıbəyli küçəsi, 24/27 ünvanındakı 5 mərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azər Sarıyevin Modern.az saytına verdiyi məlumata görə, hadisə yerinə nazirliyin canlı qüvvəsi cəlb olunub:

“Ərazidə tüstüləmə qeydə alınıb. Əməkdaşlarımız yanğın baş verməsinin qarşısını almağa çalışır”.

Nazirlik rəsmisi bildirib ki, hadisə zamanı insan tələfatı qeydə alınmayıb:

“Binanın az bir hissəsində bir neçə ailə yaşayır. Tüstüləmə olan hissədə isə yaşayış yoxdur. Yanğın nəzarətə alınıb”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı