Modern.az

“Pensilvaniyadakı o zatı təslim edin!”

“Pensilvaniyadakı o zatı təslim edin!”

Güncel

16 İyul 2016, 21:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda dövlət çevrilişinə qarşı küçələrə toplanan xalqın önünə çıxıb. Modern.az saytı Türkiyə telekanallarına istinadən xəbər verir ki, Ərdoğan çıxışında çevriliş cəhdinin qarşısının alındığını, millətin çevrilişçiləri məğlub etdiyini bildirib.

Türkiyə prezidenti yenə də hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bildirib: “Türkiyə bu “paralelçilərdən” çox çəkdi. Buradan ABŞ prezidenti Barak Obamaya səslənirəm. Pensilvaniyada, 400 hektarlıq ərazidəki iqamətgahında oturub Türkiyəni qarışdıran “örgüt liderini” ya deportasiya etməyə, ya Türkiyəyə təhvil verməyə çağırıram. Mən bunların çevriliş planlaşdırdıqlarını demişdim, ancaq sözümü dinləmədilər. İndi bir daha ABŞ-a, onun prezidentinə müraciət edirəm-Pensilvaniyadakı o zatı Türkiyəyə təslim edin”.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı