Modern.az

Yerevanda jurnalistlər də YARALANDI

Yerevanda jurnalistlər də YARALANDI

مورد توجه

21 İyul 2016, 12:02

Polisin səhər saatlarında etiraz aksiyaçılarını qovması zamanı jurnalistlər xəsarət alıblar. 

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan ombudsmanının ofisindən bildiriliblər.

Ermənistan ombudsmanı bu faktı pisləyir.

 

Bu məsələlər üzrə materiallar gələcəkdə cinayət işinin açılması üçün istintaq orqanlarına göndəriləcək.

 

Qeyd edək ki, Yerevanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıduma baş verib.

 

Etirazçılar polisə daş və digər bərk əşyalar atıblar. Polis isə havaya atəş açıb və daha sonra etirazçılara qarşı işıq və səs qumbaralarından istifadə edib.

 

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı