Türkiyə öz ərazisində Avropa İnsan Haqları Konvensiyasının müddəalarının icrasını müvəqqəti olaraq dondurur.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki. bu barədə baş nazirini müavini Numan Kurtulmuş məlumat verib.
Kurtulmuş Konvensiyanın 15-ci maddəsində yazılmış“üzv ölkənin mövcudluğuna təhlükə mövcud olarsa, konvensiyanın icrasını dondurmaq olar” prinsipi ilə hərəkət etdiklərini deyib.
Xatırladaq ki, iyulun 20-də prezident Ərdoğan ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edib.
Vüqar İsmayılov