Modern.az

Tacikistan tarixində ilk Olimpia “qızılı”nı qazanıb

Tacikistan tarixində ilk Olimpia “qızılı”nı qazanıb

Aktual

20 Avqust 2016, 15:51

Tacikistandan olan çəkic atan Dilşod Nazarov Rio-de-Janeyro Olimpiadasında qızıl medal qazanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, ən yaxşı cəhdində mərmini 78,68 metr uzaqlığa göndərib.

“Gümüş”ü belaruslu atlet İvan Tixon (77,79), bürünc medalı isə 77,73 metr göstərici ilə polşalı Voytsex Novitski qazanıb. 

 

Bu, müstəqillik qazanandan sonra olimpiadalarda ilk qazanılan qızıl medaldır. Bu 34 yaşlı Nazarovun iştirak etdiyi dördüncü Olimpiadadır.

 

O 2004-cü Olimpiadasına bir uğurlu cəhd edə bilməyib. 2008-ci ildə Pekində keçirilən Olimpiadada 11-ci yeri tutub. 2012-ci il London Olimpiadasında isə 10-cu yerlə kifayətlənib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı