Modern.az

"Avto FM" radiosu fəaliyyətini bərpa edəcək

"Avto FM" radiosu fəaliyyətini bərpa edəcək

Güncel

1 Sentyabr 2016, 11:23

““Avto FM" radiosunun yayımı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) aid idi. Bağlanan müqaviləyə əsasən, yayıma Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarəti altında adıçəkilən şirkət çıxırdı. Sadəcə olaraq "Avto FM" MMC ilə bağlanan müqaviləyə sentyabrın 1-dən xitam verilib”.


Bunu Modern.az-a açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, hazırda texniki məsələlər həll edilməkdədir:


“Bu gündən radioda “non-stop” rejimdə musiqilər yayımlanır. Texniki məsələlər həll edildikdən sonra radio fəaliyyətini bərpa edəcək”.


Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı