Azərbaycanın onlayn media məkanına daha bir sayt qoşulub. Modern.az xəbər verir ki, Pressday.az adlı yeni saytın baş redaktoru tanınmış jurnalist Azər Hüseynbaladır.
A.Hüseynbala Modern.az-a deyib ki, pressday.az saytı müstəqil media qurumudur. Sayt ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır.
Pressday.az özünün müxtəlif sahələrə aid fərqli rubrikalarını və yanaşmalarını təqdim edir, multimedia materialarına üstünlük verir.
“Pressday.az-ın redaksiyası bütün dövlət qurumları, siyasi partiyaları, QHT-lər, hüquq-mühafizə orqanları və ayrı-ayrı şəxslər ilə işbirlyinə açıqdır”,- Azər Hüseynbala bildirib.
Modern.az